Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin Bolqarıstanın çSKA 1948 komandası ilə yoxlama oyunu baş tutmayacaq. Matc.az xəbər verir ki, buna Sofiya təmsilçisinin "ağ-qaralar"la matçdan imtinası səbəb olub.
 
Sözügedən klub bunu texniki səbəblərlə əlaqələndirib. Bolqarlar həmin tarixdə Şimali Makedoniya "Borets"i ilə üz-üzə gələcək.
 
"Neftçi" Antalyada artıq 2 yoxlama oyunu keçirib. Son ölkə çempionu ilk sınağında Macarıstanın "Kişvarda" (2:2), bu gün isə Polşanın "Visla" (Plotsk) komandası ilə heç-heçə edib - 1:1. Yanvarın 24-də keçirilməsi nəzərdə tutulan üçüncü oyundakı rəqib haqda əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest