Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
 
19-cu turdan təxirə salınmış oyunda "Klermon" doğma meydanda "Strasburq"a məğlub olub.
 
20-ci tur çərçivəsində isə iki görüş keçirilib. Son çempion "Lill" də "Loryan"la ev oyununda inamlı qələbəyə sevinib. "Monpelye" isə "Trua" ilə ev oyununda minimal hesabla uduzub.
 
Fransa Liqa 1
19 yanvar
 
19-cu turun oyunu
 
Klermon – Strasburq 0:2
Qol: Qameyro, 44. Huntondji, 77-öz qapısına.
 
20-ci turun oyunları
 
Lill – Loryan 3:1
Qol: Lihadji, 10. Yens, 19-öz qapısına. Mandava, 31 – Soumano, 90+3.
 
Monpelye – Trua 0:1
Qol: Şavalerin, 74.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest