Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
17-ci turdan təxirə salınmış "Lester Siti" – "Tottenhem" matçı məhsuldar alınıb. Beş qolun qeydə alındığı oyunda London təmsilçisi çətin qələbəyə sevinib.
 
Bu turun digər matçında isə "Mançester Yunayted" səfərdə "Brentford"la qarşılaşıb. Dörd qolun qeydə alındığı matç "qırmızı şeytanlar"ın inamlı qələbəsiylə yekunlaşıb.
 
İngiltərə Premyer Liqası
17-ci turun oyunları
19 yanvar
 
Lester Siti – Tottenhem 2:3
Qol: Daka, 24. Meddison, 76 – Keyn, 38. Berqveyn, 90+5; 90+7.
 
Brentford – Mançester Yunayted 1:3
Qol: Toni, 85 – Elanqa, 55. Qrinvud, 62. Reşford, 77.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest