Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də dörd qarşılaşma baş tutub.
 
Səfərdə "Hannover"lə qarşılaşan Mönhenqladbax "Borussiya"sı böyük hesabla uduzub və mübarizəni dayandırıb. "Leyptsiq" "Hanza"nı, "Union Berlin" "Herta"nı, "Qroyter" də "Hoffenhaym"ı mübarizədən kənarlaşdırıb.
 
İlk oyun günündə "Sankt-Pauli", "Hamburq", "Karlsrue" və "Bohum" komandaları da 1/4 finala vəsiqə qazanmışdı.
 
Almaniya kuboku
1/8 final
18 yanvar
 
Köln – Hamburq 1:1 (penaltilər 3:4)
Qol: Modeste, 120+1 – Qlatsel, 92.
 
Münhen 1860 – Karlsrue 0:1
Qol: Vanitsek, 69-pen.
 
Bohum – Maynts 3:1
Qol: Pantoviç, 56-pen; 59. Louen, 80 – Onisivo, 36.
 
Sankt-Pauli – Borussiya (Dortmund) 2:1
Qol: Amenyido, 4. Vitsel, 40-öz qapısına – Haland, 58-pen.
 
19 yanvar
 
Hannover – Borussiya (Mönhenqladbax) 3:0
Qol: Beyer, 4; 51. Kerk, 36.
 
Leyptsiq – Hanza 2:0
Qol: Poulsen, 6. Olmo, 82.
 
Herta – Union Berlin 2:3
Qol: Xedira, 54-öz qapısına. S.Sərdar, 90+5 – Voqlzammer, 11. Ştark, 50-öz qapısına. Knoxe, 55.
 
Hoffenhaym – Qroyter 1:4
Qol: Şlotterbek, 53 – Qrifo, 10; 35-pen. Şade, 55. Dəmiroviç, 65.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest