Futbol üzrə İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Turnir cədvəlinin 2-ci pilləsində yer alan "Sevilya" bu turda çətin "Valensiya" səfərinə yollanıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
 
"Selta" isə "Osasuna"nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
 
Bu tur keçirilməli olan "Barselona" – "Rayo Valyekano", "Malyorka" – "Real Sosyedad", "Atletiko" – "Levante" matçları təxirə salınıb. "Atletik" – "Real" matçı isə komandaların superkubok matçına görə daha əvvəl baş tutub.
 
İspaniya La Liqası
21-ci tur
16 yanvar
 
Elçe – Vilyarreal 1:0
Qol: Boye, 78.
 
18 yanvar
 
Betis – Alaves 4:0
Qol: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.
 
Kadis – Espanyol 2:2
Qol: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.
 
19 yanvar
 
Selta – Osasuna 2:0
Qol: Mallo, 29. Mina, 38.
 
Valensiya – Sevilya 1:1
Qol: Qedeş, 44 – Diakabi, 7-öz qapısına.
 
20 yanvar
 
22:00 Xetafe – Qranada

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest