Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Sassuolo" və "Kalyari" komandaları qarşılaşıb. Meydan sahibləri bu oyunda yeganə qol sayəsində qələbə qazanmaqla mərhələ adlayıblar.
 
"İnter" isə "Empoli" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma məhsuldar alınıb. Beş qolun vurulduğu görüşdə milanlılar qələbəni əlavə vaxtda təmin ediblər.
 
Daha öncə "Atalanta", "Fiorentina", "Milan", "Latsio" və "Yuventus" da 1/4 finala vəsiqəni təmin etmişdi.
 
İtaliya kuboku
1/8 final
12 yanvar
 
Atalanta – Venetsiya 2:0
Qol: Muriel, 12. Mehle, 88.
 
13 yanvar
 
Napoli – Fiorentina 2:5
Qol: Mertens, 44. Petanya, 90+5 – Vlahoviç, 41. Biraqi, 57. Venuti, 105+1. Pyontek, 108. Male, 119.
 
Milan – Cenoa 3:1
Qol: Jiru, 74. Leao, 102. Salemakers, 112 – Estiqor, 17.
 
18 yanvar
 
Latsio – Udineze 1:0
Qol: İmmobile, 106.
 
Yuventus – Sampdoriya 4:1
Qol: Kuadrado, 25. Ruqani, 52. Dibala, 67. Morata, 77 – Konti, 63.
 
19 yanvar
 
Sassuolo – Kalyari 1:0
Qol: Harrui, 18.
 
İnter – Empoli 3:2
Qol: A.Sançes, 13. Ranokkya, 90+1. Sensi, 104 – Bayrami, 61. Radu, 76.
 
20 yanvar
 
00:00. Roma – Leççe

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest