Qış fasiləsində Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andrade ilə güclənən "Qarabağ" heyətində daha bir futbolçu qatmaq istəyir. Matc.az xəbər verir ki, flaqmanın maraq dairəsində olan legioner Danimarka çempionatında çıxış edir. 
 
Belə ki, Ağdam təmsilçisi hazırda "Silkeborq" klubunun formasını geyinən 22 yaşlı mərkəz hücumçusu Junior Brumado ilə maraqlanır. Yarımmüdafiənin cinahlarında da oynamağı bacaran braziliyalı futbolçu müqavilə ilə "Mitdyulland"a məxsus olsa da, icarə əsasında "Silkeborq"ın şərəfini qoruyur. 
 
Braziliyada "Bahia" klubunun yetirməsi olan Brumado bu komandada 45 oyunda 5, "Mitdyulland"da 44 görüşdə 9, "Silkeborq"da isə 9 qarşılaşmada 2 qola imza atıb. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest