Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv saat 13:30-da Serbiyanın "Baçka Topola", saat 19:00-da isə Polşanın "Şlyonsk" komandası ilə üz-üzə gələcək.

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ"ın Antalya şəhərində keçirəcəyi növbəti 2 yoxlama matçının vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi sabah iki oyunda qüvvəsini sınayacaq.
 
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv saat 13:30-da Serbiyanın "Baçka Topola", saat 19:00-da isə Polşanın "Şlyonsk" komandası ilə üz-üzə gələcək.
 
"Qarabağ" Türkiyədə keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın "Qaz Metan" komandası ilə heç-heçə edib - 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest