"Neftçi"nin Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama görüşü üçün rəqibi bilinib. Matc.az xəbər verir ki, "ağ-qaralar" Polşanın "Qurnik" komandası ilə qarşılaşacaq.
 
Bu barədə Lençna təmsilçisinin idman direktoru Veliko Nikitoviç Polşa mətbuatına açıqlamasında deyib. O, yanvarın 24-də "Neftçi" ilə qarşılaşacaqlarını söyləyib:
 
"Yanvarın 24-də qarşılaşacağımız ikinci rəqibimiz məlumdur. Rəqib Azərbaycanın digər təmsilçisi "Neftçi" olacaq. Futbola marağı olan insanlar bilirlər ki, onlar çox yaxşı komandadır".
 
"Qurnik" bu gün yoxlama oyununda Azərbaycanın "Zirə" komandası ilə qarşılaşacaq. Matç saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest