İtaliyanın "Sampdoriya" komandasının yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Marko Campaolo çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Marko Campaolo "Sampdoriya" üçün tanış mütəxəssisdir. İtaliyalı məşqçi 2016-2019-cu illər aralığında da bu komandaya rəhbərlik edib. 54 yaşlı mütəxəssis  "Sampdoriya"da bir neçə gün öncə istefaya göndərilmiş Roberto Daversanı əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest