"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması 1/8 finalda Seneqal millisi ilə üz-üzə gələcək. "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kanenin komandası - Qvineya yığmasını isə Qambiya ilə mübarizə gözləyir.

Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 finalın cütləri müəyyənləşib. Matc.az xəbər verir ki, pley-off mərhələsinin oyunlarına yanvarın 23-də start veriləcək.
 
"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin formasını geyindiyi Kabo Verde yığması 1/8 finalda Seneqal millisi ilə üz-üzə gələcək. "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kanenin komandası – Qvineya yığmasını isə Qambiya ilə mübarizə gözləyir.
 
Növbəti mərhələdə üz-üzə gələcək komandaları və oyun günlərini təqdim edirik:
 
Afrika Millətlər Kuboku
1/8 final
 
23 yanvar
 
Burkina Faso – Qabon
Nigeriya – Tunis
 
24 yanvar
 
Qvineya – Qambiya
Kamerun – Komor adaları
 
25 yanvar
 
Seneqal – Kabo Verde
Mərakeş – Malavi
 
26 yanvar
 
Fil Dişi Sahili – Misir
Mali – Ekvatorial Qvineya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest