Antonio Marsial "Mançester Yunayted"lə yeni müqavilə ilə bağlı razılığa gəlib. Matç.az saytının məlumatına görə, fransalı hücumçu klubu ilə yeni 5.5 illik anlaşma imzalayacaq.

İngiltərə mətbuatı iddia edir ki, tərəflər arasında uzun müddətdir danışıqlar getsə də, Joze Mourinyo ilə forvard arasındakı konfilikt səbəbindən razılaşma əldə olunmurdu. Portuqaliyalının gedişindən sonra isə yeni anlaşmaya heç bir maneə qalmayıb.

Yaxın günlərdə rəsmi imzaların atılacağı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyan 23 yaşlı hücumçu komanda ilə 105 oyuna çıxıb və 32 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest