"Azərbaycan millisində kiminsə oynamayacağını və bunun bizə kömək olacağını düşünməməliyik"

"Kollektivdə əhval-ruhiyyə yaxşıdı. Hansı turnirdə ölkəmizi təmsil edəcəyimizi hamı yaxşı anlayır. Bu, böyük məsuliyyətdi. ölkənizi Avropa çempionatında təmsil etmək xoşdu". Matc.az xəbər verir ki, bu sözləri futzal üzrə Gürcüstan milli komandasının baş məşqçisi Avtandil Asatiani deyib.
 
Bu gün Niderlandda keçiriləcək Avropa çempionatının D qrupunun ilk oyununda Gürcüstan Azərbaycanla qarşılaşacaq. Rəqib komandanın çalışdırıcısı Azərbaycan millisi barədə bunları deyib: "çox çətin qrupda yer almışıq. Əlimizdən gələni etməliyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Azərbaycan millisi yetərincə güclüdü. Bilirik ki, rəqibimiz əsas heyətlə bizimlə mübarizə aparacaq. Ancaq mən daha çox öz komandam barədə düşünürəm. Azərbaycan millisində kiminsə oynamayacağını və bunun bizə kömək olacağını düşünməməliyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest