Hər iki futzalçıda nəticə pozitiv olub. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Azərbaycan futzal yığması Avropa çempionatının ilk oyununa itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, bu gün Gürcüstanla qarşılaşacaq millimizin heyətində Qallo və qapıçı Rövşən Hüseynli meydana çıxa bilməyəcək. Belə ki,  dünən oyunöncəsi məşqdə iştirak üçün hər iki futzalçıdan COVİD-19 anticism analizləri götürülüb və  testlərin nəticəsi pozitiv olub. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. 
Bu gün testin nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə pozitiv olub. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.
 
Qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest