İngiltərənin "Aston Villa" klubu futbolçusu Emiliano Martinesin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, argentinalı qapıçı ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Martines 2020-ci ilin sentyabrından "Aston Villa"da çıxış edir. 29 yaşlı qapıçı Argentina yığmasının da üzvüdür.
 
Premyer Liqa klubunda müdafiəçi Kortni Xausla da yeni müqavilə imzalanıb. 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Xaus Birmingem klubunda bütün turnirlər çərçivəsində 42 matça çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest