21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç açıqlama verib. Matc.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis, Azərbaycan yığmasında işləməyin asan və xoş olduğunu söyləyib:
 
"üç ildir Azərbaycandayam. Dç-2018-dən sonra 6 ay burada qaldım. Azərbaycan Futbol Federasiyasının nümayəndələri mənimlə görüşdü. Layihələrindən danışdılar və məni gənclər yığmasının baş məşqçisi postunda görmək istədiklərini dedilər. Mənim üçün böyük çağırış idi. özümü test etmək istədim. Azərbaycana gəlməklə düzgün addım atdığımı düşünürəm. üç il ərzində 12 gənc futbolçu əsas yığmaya yüksəldi. Burada hər şeydən məmnunam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur".
 
Obradoviç 2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest