"Neftçi" növbəti transferini həyata keçirib. Matc.az xəbər verir ki, xorvatiyalı qapıçı İvan Brkiç ilə 1,5 illik müqavilə bağlanıb.
 
26 yaşlı futbolçu yeni komandasının heyətində 1 nömrəli formanı geyinəcək.
 
Son klubu Latviya "Riqa"sı (2021) olan qolkiper Xorvatiyanın "İstra" (2014-2017), "Lokomotiva" (2017), "İmotski" (2017), "çibalia" (2017-2018), Bosniyanın "Zrinski" (2018-2021) komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov və Gilyerme Patonu transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest