Futbol üzrə İngiltərə Premyer Liqasında 23-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
"Everton" evdə "Aston Villa"ya, "Brentford" isə "Vulverhempton"a uduzub. "Nyukasl" isə səfərdə "Lids"i minimal hesabla üstələyib.
 
"Mançester Yunayted" bu turda "Vest Hem"lə üz-üzə gəlib. "Qırmızı şeytanlar" son dəqiqə qolu ilə qalib gəlib. Lider "Mançester Siti" isə "Sauthempton"la səfər oyunundan xal itkisi ilə ayrılıb.
 
İngiltərə Premyer Liqası
23-cü tur
21 yanvar
 
Uotford – Norviç Siti 0:3
Qol: Sargent, 51; 74. Kuçka, 90+2-öz qapısına.
 
22 yanvar
 
Everton – Aston Villa 0:1
Qol: Buendla, 45+3.
 
Brentford – Vulverhempton 1:2
Qol: Toni, 71 – Moutinyo, 48. Neves, 78.
 
Lids – Nyukasl 0:1
Qol: Şelvi, 78.
 
Mançester Yunayted – Vest Hem 1:0
Qol: Reşford, 90+3.
 
Sauthempton – Mançester Siti 1:1
Qol: Uolker-Peters, 7 – Laporte, 65.
 
23 yanvar
 
18:00. Arsenal – Bernli
18:00. Kristal Pelas – Liverpul
18:00. Lester Siti – Brayton
20:30. çelsi – Tottenhem

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest