Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
"Bayer" bu turda "Auqsburq"u sınağa çəkib və doğma meydanda darmadağəna sevinib. Dortmund "Borussiya"sı səfərdə "Hoffenhaym"ın qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Mönhenqladbax "Borussiya"ası isə "Union Berlin"lə matçda növbəti məğlubiyyətə üzülüb.
 
"Qroyter" "Maynts"ı, "Frayburq" isə "Ştutqart"ı məğlub yola salıb. Dörd qolun qeydə alındığı "Bohum" – "Köln" matçında qalib müəyyənləşməyib.
 
Almaniya Bundesliqası
20-ci tur
21 yanvar
 
Ayntraxt – Arminiya 0:2
Qol: Vimmer, 5. Şöpf, 27.
 
22 yanvar
 
Bayer – Auqsburq 5:1
Qol: Bellarabi, 9. Diabi, 24; 65; 69. Alario, 81.
 
Borussiya (Mönhenqladbax) – Union Berlin 1:2
Qol: Kone, 40 – Kruse, 18; 84.
 
Qroyter – Maynts 2:1
Qol: Dudzyak, 12. Bell, 66-öz qapısına – Onisivo, 90+3.
 
Frayburq – Ştutqart 2:0
Qol: İto, 37. Şade, 72.
 
Hoffenhaym – Borussiya (Dortmund) 2:3
Qol: Kramariç, 45+1. Rutter, 77 – Haland, 6. Roys, 55. Raum, 66-öz qapısına.
 
Bohum – Köln 2:2
Qol: Holtmann, 25. Asano, 70 – Hubers, 36. Modeste, 45.
 
23 yanvar
 
18:30. Leyptsiq – Volfsburq
20:30. Herta – Bayern

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest