Futbol üzrə İtaliya A Seriyasında 23-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
Lider "İnter" bu turda "Venetsiya"nı qəbul edib. Milan təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.
"Cenoa" - "Udineze" matçında qapılara qol vurulmayıb. "Atalanta" isə "Latsio" ilə səfər oyunundan 1 xalla qayıdıb.
"Roma" "Empoli" səfərinə yollanacaq. Turun mərkəzi görüşü Milanda olacaq. "Yuventus" burada "Milan"la qarşılaşacaq.
İtaliya A Seriyası
23-cü tur
21 yanvar
Verona – Bolonya 2:1
Qol: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.
22 yanvar
Cenoa – Udineze 0:0
İnter – Venetsiya 2:1
Qol: Barella, 40. Dzeko, 90 – Henri, 19.
Latsio – Atalanta 0:0
23 yanvar
15:30. Kalyari – Fiorentina
18:00. Napoli – Salernitana
18:00. Spetsiya – Sampdoriya
18:00. Torino – Sassuolo
21:00. Empoli – Roma
23:45. Milan – Yuventus