Afrika Millətlər kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan Komor adaları yığmasında koronavirusa kütləvi yoluxma qeydə alınıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, millinin 12 üzvündə virus aşkarlanıb.
 
Virusa yoluxanlar arasında komandanın baş məşqçisi Amir Abdu, qapıçılar Moyad Osseyni və Ali Ahamada da var. Komor adaları yığmasının digər qapıçısı Salim Ben Boyma isə zədəlidir.
 
Komor adaları yığmasında Kamerunla oyunda "çərçivə"ni kimin qoruyacağı hələ bilinmir. Qapıçı Salib Ben Boyma sağalmasa, futbolçulardan biri qapıya keçəcək.
 
Komor adaları yığması Afrika Millətlər kubokunun 1/8 finalı çərçivəsində sabah Kamerunla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest