Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Filip Novak sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Super Liqanın 23-cü turunun "Sivasspor"la səfər matçında zədələnən Novakın son durumu tibbi müayinədən sonra bilinəcək. "Fənərbaxça"nın baş məşqçisi İsmayıl Kartal oyundan sonra verdiyi açıqlamada Novakın zədəsinin ciddi olduğunu söyləyib.
 
"Sivasspor" – "Fənərbaxça" matçı 1:1 hesabıyla bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest