"Atletiko"nun futbolçusu İvan Şaponyiç karyerasını Slovakiyada davam etdirəcək. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu "Slovan" klubuna keçib.
 
Bu barədə Bratislava təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Şaponyiç yeni klubu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalayıb.
 
2019-cu ilin yayından "Atletiko"da çıxış edən serbiyalı hücumçu Madrid təmsilçisində ümumilikdə 5 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest