Son olaraq İtaliya "İnter"ində çıxış edən və hazırda azad agent olan danimarkalı yarımmüdafiəçi Kristian Eriksen "Ayaks"da məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə Niderlandın "De Telegraaf" nəşri məlumat yayıb. Danimarkalı yarımmüdafiəçi "Ayaks"ın gənclərdən ibraət komandası ilə məşqlərə qoşulub.
 
Eriksenin tezliklə İngiltərənin "Brentford" klubu ilə rəsmi müqavilə bağlaması da gözlənilir. Britaniya mətbuatının yazdığına görə, 29 yaşlı futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və yeni klubu ilə sözləşmə imzalayacaq.
 
Aç-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest