İngiltərə Premyer Liqasının 23-cü turunun "Everton" – "Aston Villa" matçında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, oyunun ilk hissəsinin sonlarında "Aston Villa"nın qol vurması yerli azarkeşlərin qəzəbinə səbəb olub.
 
Meydan sahibi fanatlar əsəblərinə hakim ola bilməyiblər və qonaq komandanın qola sevinən futbolçularına tərəf butulka atıblar. Hadisə zamanı butulkalar "Aston Villa"nın futbolçuları Luka Dinlə Metti Keşin başına dəyib və onlar yerə yıxılıblar.
 
Matçdan sonra "Everton" klubu yaydığı açıqlamada, müdafiəçilərə butulka atan bir azarkeşin həbs olunduğunu bildirib.
 
"Everton" – "Aston Villa" matçı qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest