Futbol üzrə Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Namik Ələskərovun formasını geyindiyi "Bursaspor" da bu gün növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Eyupspor"la qarşılaşıb. Amma bu görüş yarıda qalıb. Buna güclü qar yağışı səbəb olub. Hakimlər meydan sahiblərinin 1:0 hesabıyla öndə olduğu qarşılaşmanı qeyri-müəyyən vaxta təxirə salıblar. Matçın nə vaxt davam etdiriləcəyinə Türkiyə Futbol Federasiyası qərar verəcək.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest