Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə altı qarşılaşma baş tutub.
 
"Antalyaspor" – "Qaziantep" və "Hatayspor" – "Rizəspor" matçlarında qapılara qol vurulmayıb. "Kasımpaşa" "Kayserispor"la ev oyunundan, "Alanyaspor" isə "Girəsunspor"la səfər matçından inamlı qələbə ilə ayrılıb.
 
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Konyaspor" səfərdə "Altay"ı minimal hesabla üstələyib.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Trabzonspor" son turlarda uğursuz çıxış edən "Qalatasaray"ın qonağı olub. üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.
 
Türkiyə Super Liqası
23-cü tur
22 yanvar
 
Yeni Malatyaspor – Beşiktaş 1:1
Qol: A.Büyük, 84-pen – A.Teyşeyra, 62.
 
Adana Dəmirspor – Fatih Karagümrük 5:0
Qol: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83.
 
Sivasspor – Fənərbaxça 1:1
Qol: P.Enrike, 74 – Zayç, 18.
 
Başakşəhər – Göztəpə 1:2
Qol: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87.
 
23 yanvar
 
Antalyaspor – Qaziantep 0:0
 
Kasımpaşa – Kayserispor 3:1
Qol: K.Subaşı, 15-öz qapısına. U.Bozok, 39. A.Engin, 52 – Qavranoviç, 12.
 
Hatayspor – Rizəspor 0:0
 
Girəsunspor – Alanyaspor 1:3
Qol: U.Nayir, 41 – Davidson, 5. E.Akbaba, 6; 90+7.
 
Altay – Konyaspor 0:1
Qol: Koka, 68-pen.
 
Qalatasaray – Trabzonspor 1:2
Qol: çikaldau, 31-pen – Bakasetas, 84. Vişça, 90.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest