Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Burkina Faso yığması Qabonla qarşılaşıb. Oyunun əsas vaxtı heç-heçə bitib. Cütün qalibi isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Burkina Faso 1/4 finala yüksəlib. Nigeriya ilə qarşılaşan Tunis millisi isə minimal hesabla qalib gəlib.
 
Afrika Millətlər Kuboku
1/8 final
23 yanvar
 
Burkina Faso – Qabon 1:1 (penaltilər 7:6)
Qol: Traore, 28 – Quira, 90+1-öz qapısına.
 
Nigeriya – Tunis 0:1
Qol: Msakni, 47.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest