Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv Çexiyanın "Bohemians" komandası ilə üz-üzə gəlib.

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Elmar Baxşıyevin çalışdırdığı kollektiv çexiyanın "Bohemians" komandası ilə üz-üzə gəlib.

Antalyadakı "İC Santai" Futbol Mərkəzində baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 16:30-da start verilib. Dörd qolun qeydə alındığı matç Azərbaycan klubu üçün uğursuz alınıb. Qəbələlilər meydanı məğlubiyyətlə tərk edib. Əyalət təmsilçisinin heyətində yeganə qolu 75-ci dəqiqədə penaltidən dəqiq yararlanan İsnik Alimi vurub.

Xatırladaq ki, "Qəbələ" bundan öncəki iki yoxlama oyununda Polşa "Zaqlembe"sinə 1:2 hesabıyla uduzub, Şimali Makedoniya "Boreç"inə 1:0 hesabıyla qalib gəlmişdi.

Yoxlama oyunu
24 yanvar

Qəbələ – Bohemians 1:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest