Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Şimali Makedoniya təmsilçisi "Breqalniça" ilə qarşılaşıb.

Hesabı 5-ci dəqiqədə rəqib komanda açıb. Amma zirəlilər buraxılan qolun əvəzini vaxtında çıxıblar. Qalan dəqiqələrdə başqa qol qeydə alınmadığından matç heç-heçə bitib.

Xatırladaq ki, Antalyaya hamıdan tez – yanvarın 5-də yollanan "Zirə" ilk yoxlama matçında Macarıstan "Peç"inə 3:5 hesabı ilə məğlub olub, ardından "Qurnik"lə (Lençna, Polşa) heç-heçə edib – 2:2.

Yoxlama oyunu
24 yanvar

Zirə – Breqalniça 1:1
Qol: Volkov, 14 – Duyovski, 5.

Zirə: 1. Mehdi Cənnətov, 4. Cəlal Hüseynov (15. Ruslan Abışov), 8. İlkin Muradov (56. Samir Ağayev), 9. Loris Broqno (64. Mahmud Ağayev), 10. Ağabala Ramazanov (k), 18 David Volkov (61. Nizami Səmədov), 19. Təmkin Xəlilzadə, 21. Hacıağa Hacılı (51. Rüstəm Nuriyev), 44. Dimitrios çantakias, 47. Məhəmməd Hamdaui (13. Ramin Əhmədov), 91. Coşqun Diniyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest