İspaniyanın "Real" klubu ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema zədələnib.
 
Fransalı hücumçu La Liqanın 22-ci turunda "Elçe"yə qarşı keçirilən oyunda (2:2) sıradan çıxıb. Benzemanın bərpa müddəti məlum deyil.
 
Yeri gəlmişkən, Benzemanın evi də qarət olunub. Hadisə "Real"ın "Elçe"yə qarşı keçirdiyi oyun (2:2) zamanı baş verib. Benzema "Elçe" ilə oyunun start heyətində yer alıb və 58-ci dəqiqədə zədə səbəbindən meydanı tərk edib.
 
Quldurlar futbolçunun evinə baxçadan girib. Evdən oğurlanan əşyalar haqda məlumat verilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest