"Neftçi"nin yeni transferi İvan Brkiç Xorvatiya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, xorvatiyalı qapıçı "Neftçi" ilə əla müqavilə imzaladığını deyib:
 
"Azərbaycanın ən titullu klubuna keçidimi mövsümün davamında həqiqi dəyərimi göstərmək və özümü sübut etmək üçün yaxşı fürsət hesab edirəm. Bu amil məni komandama daha yaxşı uyğunlaşdıra bilər. "Neftçi" ilə əla müqavilə imzaladığımı düşünürəm".
 
29 yaşlı qapıçı, mövsümün ikinci yarısına "Sabah"a qarşı Azərbaycan kubokunun 1/4 final matçı ilə satart verəcəklərini xatırladıb:
 
"Bizi cəmi iki həftə sonra sonra "Riyeka"nın keçmiş futbolçusu Marko Veşoviçin də yer aldığı və hazırda çempionatın ən yaxşı komandası olan "Qarabağ"la derbi gözləyir. Keçən ilki titulu qorumaq və kubokda uğur qazanmaq üçün mübarizə aparacağıq".
 
Brkiç "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest