"Qəbələ"nin üç futbolçusu hazırlıqda iştirak etmir. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Rüfət Əhmədov komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qatılıb. Lakin hazırlıq prosesi müddətində "qırmızı-qaralar"ın düşərgəsində olan müdafiəçi fərdi məşqlərlə kifayətlənib.
 
Digər iki oyunçu zədədən sonrakı bərpa prosesini komandadan ayrı keçir. Toplanışa yollanmayan ürfan Abbasovla Yaovi Akakpo bərpa dövrünü Bakıda gerçəkləşdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest