Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi önder Karaveli Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb. Matc.az xəbər verir ki, önder Karaveli bu barədə "İnstaqram" hesabında paylaşım edib.
 
Karaveli Qurbanovla görüşüb, ona və komandaya Konfrans Liqasında Marsel "Olimpik"i (Fransa) ilə oyunda uğurlar arzu edib.
 
Xatırladaq ki, Karaveli 2020-ci ildə "Qarabağ"ın akademiyasında çalışıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest