Türkiyənin "Qalatasaray" klubu futbolçusu Yedlinlə yollarını ayırıb. Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Yedlinin karyerasına ABŞ-da davam edəcəyi gözlənilir. Amerikalı oyunçu ilə "İnter Mayami" klubu yaxından maraqlanır.
 
Müdafiəçi bu mövsüm "Qalatasaray"la 24 oyuna çıxıb.
 
"Qalatasaray"da bundan əvvəl Qustavo Enrike (Qustavo Assunçao) ilə yollar ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest