Fevralın 12-13-də Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
2022-ci ildə keçiriləcək ilk beynəlxalq yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir. Yarışlar "İdman" TV telekanalı vasitəsilə canlı yayımlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest