Malavili hücumçu Robin Nqalandenin "Zirə"yə keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bunu klub feysbuk səhifəsi vasitəsilə bəyan edib.

Bir müddətdi komandada baxışda olan 27 yaşlı oyunçu bəyənilib. Malavi yığmasının üzvü ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Yəni Nqalande bu mövsüm özünü yaxşı tərəfdən göstərə bilsə, anlaşması avtomatik olaraq daha 1 illik yenilənəcək.

Qeyd edək ki, Robin Nqalande "Zirə"yə Cənubi Afrika Respublikasının "Baroka" klubundan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest