"Bazel"in futbolçusu Artur Kabral karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 23 yaşlı hücumçu ilə "Fiorentina" klubu yaxından maraqlanır.
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, A Seriyası təmsilçisinin Kabral üçün "Bazel"ə 16 milyon avro təklif etdiyi bildirilib. Klublar arasında danışıqlar davam edir.
 
Kabral bu mövsüm "Bazel"lə 31 oyunda 27 qol vurub. O, komandasının bu mövsüm Konfrans Liqasında "Qarabağ"a qarşı keçirdiyi ev oyununda (3:0) 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest