Türkiyənin "Altay" klubu baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Yanvarın 15-də İzmir klubunun sükanı arxasına keçmiş Nobre bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb. "Altay" bu oyunların hamısından xalsız ayrılıb.
 
Xatırladaq ki, Mert Nobre "Altay"da Mustafa Dənizlini əvəzləmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest