"Toronto"nun yarımmüdafiəçisi Sebastyan Covinko komandasını dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İtaliya millisinin üzvü ABŞ-dan Səudiyyə Ərəbistanına köçüb.

32 yaşlı hücumameyilli oyunçu "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb. Bu keçid amerikalılara cəmi 1 milyon dollar qazandırıb.

Qeyd edək ki, 2015-ci ildən "Toronto"nun formasını geyinən Covinko bu müddətdə 142 oyun keçirib, 83 qol, 51 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu 2017 mövsümündə "Toronto"ya tarixinin ilk MLS çempionluğunu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest