"Fənərbaxça" Sərdar Əziz və Tolqay Arslandan sonra daha bir oyunçunu heyətinə qatır. Matc.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiya millisinin üzvü Fyodr Kudryaşov ikinci dövrədən "sarı-lacivərdlilər"in formasını geyinəcək.

31 yaşlı müdafiəçi ilə danışıqlar artıq müsbət nəticələnib. O, yeni komandası ilə münasibətləri rəsmiləşdirmək üçün bu gün Türkiyəyə yollanıb. Kudryaşovun 6 ay + 1 illik sözləşməyə qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Kudryaşov mövsümün ilk yarısını "Rubin"də keçirib. Lakin Kazan təmsilçisindəki maliyyə probleminə görə, müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən futbolçu "Fənər"ə havayı başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest