Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxıb. Matc.az xəbər verir ki, Joze Alesio Da Silvanın çalışdırdığı kollektiv D qrupunun 3-cü turunda Bosniya və Herseqovinanı sınağa çəkib.

İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməliydi. Amma bu nəticə də millimizin qrupdan çıxması üçün yetərli olmayacaqdı. Joze Alesionun komandasının mübarizəni davam etdirməsi üçün qrupun digər oyununda Gürcüstan seçməsi İspaniyaya qalib gəlməliydi. Əks halda, pley-offa ispanlarla gürcülər vəsiqə qazanacaqdılar. Belə də olub. Yığmamızın çətin qələbəyə sevindiyi gündə İspaniya yığması qonşularımızı böyük hesabla məğlub edib. Nəticədə komandamız qrup mərhələsini 3-cü pillədə başa vurub və qitə çempionatı ilə vidalaşıb.

Xatırladaq ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə etmişdi – 2:2.

Aç-2022
D qrupu
29 yanvar

Azərbaycan – Bosniya və Herseqovina 4:2
Qol: Bolinya, 6:22. E.Borges, 10:02. R.Vilela, 32:35. Qallo, 39:52 – A.Radmiloviç, 11:50-pen. N.Kahvedziç, 31:20.
Hakimlər: Daniel Matkoviç (İsveçrə), David Qrondal Nissen (Danimarka), Yan Kresta (çexiya).
Amsterdam. "Ziggo Dome"

Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 2. Felipinyo, 9. Rafael Vilela, 10. Vassura, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz çovdarov, 13. Qallo, 17. İsa Atayev, 14. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.
Bosniya və Herseqovina: 12. Stanislav Qaliç, 5. Blaqo Qaspar, 7. Bilal Yeliç, 8. Mariyo Aladziç, 9. Nermin Kahvedziç, 1. Darko Milanoviç, 2. Almadein Bundavika, 3. Yosip Sezar, 4. Davor Arnautoviç, 6. Srdjan İvankoviç, 10. Anel Radmiloviç (k), 14. Kristiyan Pantiç, 11. Yosip Boskoviç, 16. Samir Qasto.
Baş məşqçi: İvo Krezo.

Gürcüstan – İspaniya 0:8

Xal durumu: İspaniya – 7, Gürcüstan – 6, Azərbaycan – 4, Bosniya və Herseqovina – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest