Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu UEFA tərəfindən cərimələnib. Matc.az xəbər verir ki, Varşava təmsilçisi Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun "Spartak"la (Moskva) ev oyununda (0:1) azarkeşlərinin açdığı təhqiramiz pankartlara görə cərimələnib. UEFA "Legiya"nı 17500 avro məbləğində cərimələyib.
 
Bu mövsümün əvvəlindən "Legiya"da çıxış edən Mahir Emreli ötən ilin sonlarında azarkeşlərlə məlum qalmaqaldan sonra Polşa klubunda qalmaq istəmir. Hazırda o, Varşava təmsilçisi ilə yollarını ayırmağa və azad agent statusu almağa çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest