Futzal üzrə Azərbaycan milli komandasının 4 üzvü dünən Niderlandda karantinə alınmışdı. Matc.az xəbər verir ki, onlardan PCR test götürülmüşdü. Emin Kürdov və Xətai Bağırovda nəticə pozitiv çıxıb. Onların hər ikisi bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq.
 
Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.
 
Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsinin son turu çərçivəsində bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest