İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Bazel"dən Artur Kabralı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Kabral bu mövsüm "Bazel"lə 31 oyunda 27 qol vurub. O, komandasının bu mövsüm Konfrans Liqasında "Qarabağ"a qarşı keçirdiyi ev oyununda (3:0) 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest