Almaniyanın "Leyptsiq" klubunun futbolçusu İlayş Moriba karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Valensiya"da çıxış edəcək. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Moriba "Barselona" klubunun yetirməsidir. O, 2017-2021-ci illər aralığında bu komandanın müxtəlif yaş qruplarında çıxış edib.
 
Moriba 2021-ci ilin avqustunda 16 milyon avro qarşılığında "Leyptsiq"ə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest