"Sumqayıt"ın futbolçusu Rüfət Abdullazadə karyerasını Rusiyada davam etdirə bilər. Matc.az saytının məlumatına görə, gənc oyunçu Moskva "Spartak"ında baxışdan keçir.

"Sumqayıt"ın U-19 komandasının üzvünün çıxışı rusiyalıların diqqətini cəlb edib. 18 yaşlı yarımmüdafiəçi hazırda "Spartak-2"də baxışdadı. "Spartak-2"nin yoxlama görüşü zamanı məşqçilər korpusu onun oyununu bəyənib.

2001-ci il təvəllüdlü Abdullazadə sol ayağından yaxşı istifadə etməyi bacarır. Rüfət sınaqdan uğurla keçsə, "Spartak" transferlə bağlı "Sumqayıt"a rəsmi təklif göndərəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest