Futbol üzrə Fransa kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk gündə beş qarşılaşma baş tutub.
 
"Nant" "Brest"i, "Amyen" "Nansi"ni, "Versal" isə "Tuluza"nı mübarizədən kənarlaşdırıb.
 
"Bastiya" "Reyms"lə oyunda penaltilərlə mərhələ adlayıb. "Qarabağ"ın Avropa Konfrans Liqasındakı rəqibi – Marsel "Olimpik"i isə "Monpelye" ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Nəticədə penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Olimpik" 1/4 finala yüksəlib.
 
Fransa kuboku
1/8 final
29 yanvar
 
Nant – Brest 2:0
Nansi – Amyen 0:2
Tuluza – Versal 0:1
Reyms – Bastiya 1:1 (penaltilər 3:5)
Olimpik (Marsel) – Monpelye 1:1 (penaltilər 5:4)
 
30 yanvar
 
21:30. Berjerak - Sent Etyen
00:00. PSJ – Nitsa
 
31 yanvar
 
00:15. Lans - Monako

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest