Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Şalke"nin ikinci komandası da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Lotte" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da Dadaşov vurub. Azərbaycanlı futbolçu 78-ci dəqiqədə fərqlənib.
 
"Şalke II" bu nəticədən sonra 27 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest