İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Vulverhempton"dan Adama Traoreni heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı hücumçu mövsümün sonuna qədər icarə əsasında "Barselona"da çıxış edəcək.
 
"Barselona" yayda Traorenin transfer hüquqlarını ala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest